Daha bir piyada ölümü - `20 Yanvar`da


14:50     05 Yanvar 2018 piyada_olumu_2337.jpg

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Femida.az xəbər verir ki, ötən gecə saat 21 radələrində metronun "20 Yanvar" stansiyasının yaxınlığında, yeraltı keçidin girişində "Toyota Land Cruiser" markalı avtomobil 40 yaşlı kişini vurub. Piyadalar üçün nəzərdə tutulmayan yerdən keçən kişi ağır xəsarət allb və hadisə yerində ölüb.

Faktla bağlı Yasamal rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1063